Azərbaycan
xalçaları bütün dünyada məşhurdur. Azərbaycan xalçaçılıqla məşğul olan ən böyük
bplglərimiz bunlardır: 1.
Qazax -Gəncə xalçaları şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların
hazınlandığı məkan kimi tanınır. Gəncə xalçaçılıq məktəbi ətraf rayonların
xalçaçılıq sənətinə, xüsusən Qazax, Tovuz, Göycə, Zəngəzur ərazilərində
xalçaçılıq sənətinə böyük təsir göstərmişdir. Gəncə xalçaları müxtəlif formatda
olurlar. Əsas xarakterik cəhəti çox da böyük olmayan uzunsov formaya malik
olmasıdır. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 35x35 ilmədən 40x40 ilməyə
qədər yerləşir. (hər bir kvadrat metrdə 120 min ilmədən 160 min ilməyə qədər).
Xovun hündürlüyü 6-8 mm-dir.
2.
Qarabağ xalçaları Qarabağ tipinə aid olan
və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün
xalçaçılıq məntəqələrində, o cümlədənDağıstandaistehsal olunurdu və hal–hazırda da istehsal olunmaqdadır.
İstehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz
qalmışlar, lakin sənətşünaslar onu "Qarabağ" adlandırmışlar.İstanbulbazarlarında satılmaq üçünŞuşadaistehsal olunan eyni kompozisiyalı xalılar "Xan
xalçası" və ya "Xan Qarabağ xalçası",Qubadatoxunan eyni xalçalar isə "Afurca xalçası"
adlanırdı.
3.
Təbriz
xalçaları Təbriz xalçaçılıq məktəbi
Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir,Təbriz,Ərdəbil,Marağa,Mərənd,Maku,Xoy,Urmiya,Zəncan,Qərəcə,Heris,Sərab,Əhmədabad,Miriş,Əhər,Salmas,Görəvan,Sennə,Qaradağvə başqa xalça
məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən
xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə
Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin
ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa
ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Комментариев нет:
Отправить комментарий