вторник, 18 марта 2014 г.

NƏTİCƏLƏR

SON ZAMANLAR AZƏRBAYCAN XALCACILIQ SƏNƏTİNDƏ GERİLƏMƏ MÜŞAHİDƏ OLUNUR.İSTERDİKKİ BU SƏNƏT NÖVÜ ƏVVƏLKİ KİMİ ÖZ RENGARƏNLİYİNİ GÖZƏLLİYİNİ GERİ QAYTARSIN.AZƏRBAYCAN XALCALARI BÜTÜN DUNYA MUZEYLƏRİNDƏ NÜMAYİŞ ETDİRİLSİN.
İSTƏRDİKKİ SİZDƏ SİZDƏ XALCACILIQLA  BAGLI FİKİRLƏRİNİZİ BİZLƏ BÖLÜŞƏSİZ.


BÖLGƏLƏRİMİZ

Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Azərbaycan xalçaçılıqla məşğul olan ən böyük bplglərimiz bunlardır:
1. Qazax -Gəncə xalçaları
 şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların hazınlandığı məkan kimi tanınır. Gəncə xalçaçılıq məktəbi ətraf rayonların xalçaçılıq sənətinə, xüsusən Qazax, Tovuz, Göycə, Zəngəzur ərazilərində xalçaçılıq sənətinə böyük təsir göstərmişdir. Gəncə xalçaları müxtəlif formatda olurlar. Əsas xarakterik cəhəti çox da böyük olmayan uzunsov formaya malik olmasıdır. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 35x35 ilmədən 40x40 ilməyə qədər yerləşir. (hər bir kvadrat metrdə 120 min ilmədən 160 min ilməyə qədər). Xovun hündürlüyü 6-8 mm-dir.





2. Qarabağ xalçaları
Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hal–hazırda da istehsal olunmaqdadır. İstehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz qalmışlar, lakin sənətşünaslar onu "Qarabağ" adlandırmışlar. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar "Xan xalçası" və ya "Xan Qarabağ xalçası", Qubada toxunan eyni xalçalar isə "Afurca xalçası" adlanırdı.



3. Təbriz xalçaları
Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş,Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. 




XALÇALAR

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır. Azərbaycanın ərazisindəGültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrin izləri aşkara çıxmışdı.
Xalça insanları birləşdirirdi, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayırdı. Çoxsaylı və müxtəlif funksiyaları özündə birləşdirən Azərbaycan xalçası bütün praktiki mənaların cəmindən daha artıq əhəmiyyət kəsb edirdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növmüxtəlifliyi deyildi; onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.
Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.
Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) "Hüdud-əl-Aləm" əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; NaxçıvanXoy və Salmaz şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda ErmitajLondonda Viktoriya və AlbertVaşinqtonda Tekstil, Parisdə Luvrİstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.
Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır.