вторник, 18 марта 2014 г.

XALÇALAR

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır. Azərbaycanın ərazisindəGültəpə qazıntıları zamanı bizim eradan əvvəl IV-III yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrin izləri aşkara çıxmışdı.
Xalça insanları birləşdirirdi, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayırdı. Çoxsaylı və müxtəlif funksiyaları özündə birləşdirən Azərbaycan xalçası bütün praktiki mənaların cəmindən daha artıq əhəmiyyət kəsb edirdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növmüxtəlifliyi deyildi; onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.
Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.
Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) "Hüdud-əl-Aləm" əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; NaxçıvanXoy və Salmaz şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda ErmitajLondonda Viktoriya və AlbertVaşinqtonda Tekstil, Parisdə Luvrİstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.
Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. 

Комментариев нет:

Отправить комментарий